“Təklif etmişdim ki, AXC-nin 100 illiyində hər bir şəxsə 100 manat verək”.
Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.
Deputat bildirib ki, Neft Fondunda kifayət qədər pul var: “Azərbaycanda 2021-ci ildə 112 min uşaq doğulub. Onlara hesab açılsın və onların hesabına 2000 dollar pul keçirilsin. Neft qazla zəngin olan bir sıra dövlətlərdə bu rəqəm 10 minlərlə dollarladır. Bizdə isə bu rəqəm cəmi 224 milyon edir. Bu da Neft Fondunda olan vəsaitlərin yarı faizindən də aşağıdır. Azərbaycanda əhalinin kommunal ödənişləri həyata keçirməsində müəyyən problemlər var. Təklif edirəm ki, Azərbaycanda olan 2 milyon 200 minə yaxın ailə var. Hər bir ailənin hər birinə 200 dollar ekvivalentində hesabında pul qoyulsun. Bu da onlara kommunal ödənişləri ödəməyinə kömək etsin. Hesab edirəm ki, bu Neft Fondu üçün böyük məbləğ olmaz”.