Azərbaycanda yol qəzaları ilə bağlı yeni statistika açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, statistikada qəzalar zamanı yaxın qohumlarının ölümünə səbəb olan sürücülərin sayı qeyd olunub.
Bildirilir ki, 2023-cü ildə 3 sürücü atasının, 8 sürücü anasının, 3 sürücü qardaşının, 3 sürücü bacısının, 8 sürücü oğlunun, 4 sürücü qızının, 11 sürücü həyat yoldaşının, 21 sürücü isə yaxın qohumlarının ölümünə səbəb olub.