Azərbaycana 65 santimetr qar yağıb -  FAKTİKİ HAVA  -  VİDEO
15 mart 2022 11:54 (UTC +04:00)

Azərbaycana 65 santimetr qar yağıb - FAKTİKİ HAVA - VİDEO

Azərbaycanda faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,  martın 15-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Lənkəran-Astara zonasında intensiv olub.

Düşən yağıntının miqdarı: Lerikdə 26.0 mm, Astarada 12.0 mm, Şəki, Oğuzda 6.0 mm, Ağstafada 5.0 mm, Yardımlı, Tovuz, Kişçay (Şəki), Sarıbaşda (Qax) 4.0 mm, Ağdam, Balakən, Zərdab, Beyləqanda 3.0 mm, Qəbələ, Zaqatala, Şamaxı, Altıağac, Xaltan, Sabirabad, Neftçala, Cəfərxan, Bərdə, Göyçayda 2.0 mm, Şərur, Ağdərə (Ordubad), Sədərək, Daşkəsən, Gədəbəy, Naftalan, Şəmkir, Gəncə, İsmayıllı, Qobustan, Xaçmaz, Quba, Qusar, Tərtər, Mingəçevir, Yevlax, İmişli, Kürdəmir, Biləsuvar, Ağsu, Şabran, Şahdağda 1.0 mm, Bakıda və Abşeron yarımadasında: Binədə 2.0 mm, Bakı, Maştağa, Pirallahıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 65 sm, Şahdağda 44 sm, Altıağacda 29 sm, Xaltanda 23 sm, Daşkəsəndə 20 sm, Şəkidə 10 sm, Lerikdə 9 sm,Göygöldə 8 sm, Ağdərədə (Ordubad) 5 sm, Sədərəkdə 1 sm olub.

Külək: Şərq küləyi arabir Culfada 20 m/s, Ağdərədə 18 m/s-dək güclənib.

Havanın temperaturu: martın 14-də Bakıda iqlim normasından 2.0° aşağı olub, minimal temperatur Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvan MR-da 8°-dək şaxta, dağlıq rayonlarda 15°-dək şaxta, aran rayonlarında 3°-dək isti olub.

Azərbaycana 65 santimetr qar yağıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2430
avatar

Oxşar yazılar