"Azərbaycan xalqı vergül qoymaqdan ötrü ölür".
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı akademik Nizami Cəfərov Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin saytlardakı xətalarla bağlı keçirilən tədbirdə deyib.
"Harada "ki" gördülər, vəssalam, vergül qoyurlar. Yerli-yersiz harada və necə gəldi durğu işarələrindən istifadə etmək olmaz. Düşünürəm, durğu işarələrinin azaldılmasına ehtiyac var", - akademik əlavə edib.