“Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yeni təyinat olub.
Bu barədə Lent.az-a AZAL-dan məlumat verilib.
Belə ki, AZAL-ın ictimaiyyətlə əlaqələr və kommunikasiya direktoru vəzifəsi Aysel Süleymanovaya tapşırılıb.
Qeyd edək ki, A.Süleymanova bundan əvvəl “PwC Azerbaijan” və “AmCham Azerbaijan”da çalışıb.