
Avtobus və taksilərdə 13 mindən çox nöqsan tapılıb - STATİSTİKA

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov 2020-ci il üzrə avtomobil nəqliyyatı ilə daşımalara dair görülən işlərin hesabatını təqdim edib.
Qurumun mətbuat katibi Nuridə Allahyarova Lent.az-a bildirib ki, koronovirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlərə uyğun olaraq DANX tərəfindən öz tənzimləmə dairəsi çərçivəsində aprel ayından etibarən hazırkı tarixədək 165763 monitorinq keçirilib və 13341 nöqsan aşkar olunub. Aşkarlanan nöqsanların aparılan monitorinqlərdəki payı təxminən 8 faiz təşkil edib və bu nöqsanların aradan qaldırılması üçün tərəfimizdən zəruri tədbirlər görülüb.
"Aparılan monitorinqlər işəgötürənin işçilərini qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla təmini ilə bağlı 39673 monitorinq və 1020 nöqsan, dayanacaqlarda və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada gəzməyi və məsafə saxlamağı təşviq edən maarifləndirici plakatların yerləşdirilməsi ilə əlaqədar 18630 monitorinq və 1162 nöqsan, vətəndaşlardan tibbi maska taxmalarını tələb edən və sosial məsafənin saxlanılmasının zəruriliyini bildirən maarifləndirici məlumatlar yerləşdirilməsi ilə bağlı fəaliyyətinə icazə verilən 8 avtovağzal və avtostansiyada 142 monitorinq və 11 nöqsan, avtobuslarda sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün daşıyıcılar tərəfindən şəffaf arakəsmələrin quraşdırılması 21176 monitorinq və 1177 nöqsan aşkarlanıb.
Taksilərdən istifadə edən müştərilərin yalnız arxa oturacaqlarda oturmasının təmini 23392 monitorinq və 5111 nöqsan, taksi sürücüsü ilə arxadakı oturacaqlar arasında şəffaf, hava keçirməyən arakəsmələrin quraşdırılması ilə əlaqədar keçirilən 23156 monitorinq zamanı nöqsan 2250 və avtobusların və taksi minik avtomobillərinin fasilələr zamanı daşıyıcılar tərəfindən dezinfeksiya edilməsi ilə bağlı 39594 monitorinq və 2610 nöqsan bmüəyyən edilib".
edsdsds.jpg)
Mehman Nəbiyev
Oxşar yazılar

Mehriban Əliyeva xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib
8 mart 2021 , 10:13
Peşəsi ilə sağollaşmağa hazırlaşan rəisin sirlərini öyrəndik: “Polis səngərsiz əsgərdir” - MÜSAHİBƏ
8 mart 2021 , 10:00
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2021 , 00:01
Küləkli havada avtomobillərinizi bu yerlərdə saxlamayın - XƏBƏRDARLIQ
7 mart 2021 , 16:57
Yeni direktor Yaqub Mahmudovun otağını konfrans zalına çevirdi
7 mart 2021 , 16:30
İki şagird imtahandan qovuldu
7 mart 2021 , 16:18
Dövlət qulluqçusu olmaq istəyənlər üçün bu imtahanlar başa çatdı-NƏTİCƏLƏR
7 mart 2021 , 16:01
Azərbaycanda son sutkada koronavirusa yoluxma 400-ü ötdü
7 mart 2021 , 14:33