Ata işləyir, ana uşağa baxır – nə qədər sosial yardım ala bilərlər? – CAVAB 
03 aprel 2024 16:12 (UTC +04:00)

Ata işləyir, ana uşağa baxır – nə qədər sosial yardım ala bilərlər? – CAVAB 

Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu ailənin sosial yardım almağı ilə bağlıdır.

Məsələn, bir ailə 3 nəfərdən ibarətdir. Ailədə ailə başçısı işləyir, məşğul şəxsdir. Ana 2 yaşında bir uşağa qulluq edir, ondan məşğulluq tələb olunmur və o əmək qabiliyyətsiz sayılır. Bu ailənin 3 üzvü üçün ehtiyac meyarı 3*270 AZN= 810 AZN şəklində müəyyən olunur.

Əgər ailə başçısının gəliri 400 manatdırsa, bu zaman ailənin orta aylıq gəliri 400 manat olduğu üçün ailəyə ehtiyac meyarı və orta aylıq ailə gəliri arasındakı fərq qədər, yəni 410 manat ünvanlı sosial yardım təyin olunur.

# 38190
avatar

Oxşar yazılar