Azərbaycan Milli Elmlər Akademiyasına yeni prezident seçilib.
Lent.az xəbər verir ki, AMEA-nın Ümumi yığıncağında Nizamnaməyə uyğun olaraq Seçki Komissiyası yaradılıb və səsvermə keçirilib. AMEA-nın prezidenti vəzifəsinə akademik İsa Həbibəylinin namizədliyi təsdiqlənib.
Səsverməyə əsasən, İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçilib.
***
Saat: 11:49
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə seçki keçirilir.
Lent.az xəbər verir ki, seçki AMEA-nın Ümumi yığıncağında keçirilir.