Çində şok edici bir tapıntı olub - Pekindən olan bir cütlük altı aydır tualet suyu içdiklərini aşkar ediblər və bu, ciddi sağlamlıq problemlərinə səbəb olub.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Tan adlı kişi və sevgilisi may ayında yeni evə köçdükdən sonra qəribə öskürək, saç tökülməsi və sızanaqlarla üzləşiblər.
Tan altı aydır su xidmətləri üçün pul ödəmədiyini, lakin hələ də sudan istifadə etdiyini başa düşəndə əsl vəziyyət üzə çıxıb. Bu, onu nəyinsə səhv olduğundan şübhələnərək sayğacları hərtərəfli sınaqdan keçirməyə məcbur edib.
Cütlük santexnik çağırdıqdan sonra tualeti su təchizatı ilə birləşdirən əlavə boru aşkarlanıb, yəni onların mənzilinə gələn bütün su tualet suyu olub. Bütün bu müddət ərzində Tan sevgilisi ilə bu sudan içib, çimib, yemək bişirib.
Xoşbəxtlikdən santexnikın təcili müdaxiləsi problemi dərhal aradan qaldırıb və borular düzəldilib. Lakin cütlük çirklənmiş su içməyin mənfi sağlamlıq nəticələri ilə üzləşdiklərini iddia edir.
İndi onlar mənzilin vəziyyətinin düzgün yoxlanılmasını təmin etməli olan ev sahibindən pul kompensasiyası gözləyirlər.