Aeroport yolu BAĞLANIR   - Alternativ yolların XƏRİTƏSİ
12 fevral 2026 16:10 (UTC +04:00)

Aeroport yolu BAĞLANIR - Alternativ yolların XƏRİTƏSİ

0

Xəbər verdiyimiz kimi, fevralın 14-15-də Bakının Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) gecə saatlarında məhdudiyyət tətbiq olunacaq.

Lent.az xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məhdudiyyətlə bağlı sürücülərə alternativ yolların xəritəsini təqdim edib.

Qeyd edək ki, fevralın 14-də saat 00:00-dan 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) “Koroğlu” metrostansiyası istiqamətində, fevralın 15-də isə həmin saatlarda “Koroğlu” metrostansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Alternativ yol kimi, Mərdəkan şosesindən gələnlər Zığ şosesinə, şəhər istiqamətindən gələnlər isə Suraxanı rayonu, Xanlar Ələkbərov və 14 İyul küçəsinə istiqamətləndiriləcək. Eyni zamanda sürücülər şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də hərəkət edə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar