Abşeron və Sabunçu rayonlarının bir hissəsinə, eləcə də Sumqayıtın Bağlar ərazisinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.
Bu barədə Lent.az-a "Azərsu" ASC-dən bildirilib. Qeyd olunub ki, məhdudiyyət magistral su kəmərində aparılan təmir işlərilə əlaqədardır.
Yaranmış narahatlıqla əlaqədar ASC abonentlərdən üzr istəyir.