Aprel ayı ərzində dərmanlardan zəhərlənmə ilə bağlı Klinki Tibbi Mərkəzə 7 müraciət olub.
Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov Lent.az-a bildirib ki, zəhərlənənlərdən 2-nin vəziyyəti ağır, 5-i orta-ağır olub. Ölüm halı qeydə alınmayıb.
Həkimin sözlərinə görə, zəhərlənmə halları antidepresant və sakitləşdirici dərmanlardan baş verib.
Ötən ay ərzində dəm qazından zəhərlənmə ilə bağlı Toksikologiya şöbəsinə 4 nəfər müraciət edib. Ölüm faktı qeydə alınmayıb.