Türkiyənin paytaxtı Ankara şəhərində hərbi zavodda partlayış baş verib.
APA “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir özünün “Twitter” hesabında yazıb: “Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin nəzdindəki “Roketsan” zavodunda qeydə alınmış partlayış nəticəsində ölən olmayıb”.
Ankara Valiliyi isə Almadağ rayonunda yerləşən zavodda baş verən partlayış nəticəsində 3 nəfərin yüngül xəsarət aldığını açıqlayıb.