Tibbi maskalar könüllü  hazırlanır - KOMİTƏDƏN AÇIQLAMA
07 aprel 2020 15:30 (UTC +04:00)

Tibbi maskalar könüllü hazırlanır - KOMİTƏDƏN AÇIQLAMA

Hazırda dünyada insanların sağlamlığını təhdid edən koronavirusa qarşı mübarizə üçün hər kəs əlindən gələni edir.

Bu prosesə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də qoşulub. Komitənin analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov Lent.az-a bildirib ki, komitə və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri ictimai əsaslarla tibbi maskalar hazırlayır:" Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi könüllülərlə birlikdə tibbi maskaların hazırlanması prosesində iştirak edir. Bunun üçün hansısa qurumdan icazə və ya göstəriş alınmayıb.  Maskalar hazırlanır və ödənişsiz şəkildə ailələrə, eyni zamanda apteklərə  paylanılır.

Hazırda 1000-dən çox maska hazırlanıb, sterilizə edilərək ehtiyac olan yerlərdə paylanılıb. Bu günlərdə daha 2 mini hazırlanacaq. Bu proses ictimai əsaslarla aparılır, fərdi yanaşmadır. Bizim əməkdaşların, eyni zamanda könüllülərin öz təşəbbüsü ilə həyata keçirilir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1443
avatar

Aygün İbrahimli

Oxşar yazılar