Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda diqqətli olun
15 may 2020 15:39 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda diqqətli olun

Zağulba prospekti, Mərdəkan şossesi və Heydər Əliyev prospektində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, aparılan nişanlanma işləri mayın 16-26-sı arasında davam edəcək.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1906
avatar

Oxşar yazılar