Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda diqqətli olun!
12 may 2020 10:52 (UTC +04:00)

Sürücülərin NƏZƏRİNƏ: Bu yollarda diqqətli olun!

Bu gün Bakının bir sıra mərkəzi yollarında təmir işlərinə başlanılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Mikayıl Müşfiq küçəsində (Qurd qapısı-Bakı Dairəvi-1 avtomobil yolu), Bakı Dairəvi -1 avtomobil yolunda, Moskva və Tbilisi prospektlərində üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq. İşlər bu gün səhər saatlarından axşamadək davam edəcək.

Bu səbəbdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2091
avatar

Mehman Nəbiyev

Oxşar yazılar