Süd təzyiqi yüksəldir?
20 may 2020 09:09 (UTC +04:00)

Süd təzyiqi yüksəldir?

Yüksək təzyiq bu gün ən çox rast gəlinən xroniki xəstəliklərdən biridir. Dünyada hər 10 insandan 3-də yüksək təzyiq olduğu hər zaman vurğulanır. Hesab olunur ki, hipertoniya həyat tərzi və qidalanma ilə birbaşa bağlıdır. Yeyilən, içilən bütün qidalar qan təzyiqinə təsirsiz ötüşmür. Ona görə də insanların çoxu hansı qidaların yüksək təzyiqdən qoruduğunu öyrənməkdə maraqlıdırlar. Mütəxəssislər hesab edir ki, ürək-damar sağlamlığı üçün çox vacib olan süd, süd məhsullarının qan təzyiqinə də böyük təsiri var.

e-tibb.az xəbər verir ki, Türkiyədən olan qidalanma və dietologiya uzmanı Neriman İnanç südün, süd məhsullarının yüksək təzyiqə səbəb olması haqda  deyilənlərə münasibət bildirib. Mütəxəssis deyib ki, araşdırmalara görə, kalsium, maqnezium, fosforun az qəbulu yüksək təzyiqin yaranmasına səbəb olan amillərdəndir. Kalsium və potasiumun da təzyiqə təsiri var. Süd  yüksək kalsium və potasiumla zəngin olduğu üçün qan təzyiqi və hipertoniyanın nizamlanmasında önəmli qida mənbəyi kimi qəbul edilir. Hipertoniya xəstələri az yağlı və ya yağsız süd içərək qan təzyiqlərini normada saxlaya bilərlər. Onun sözlərinə görə, kalsiumun azlığı təzyiqi yüksəldir. Kalsium, maqnezium, fosfor minerallarının qəbulunu artıraraq qan təzyiqində azalma əldə etmək olar. Kalsium deyəndə isə ağla ilk gələn süd və süd məhsullarıdır. Qan təzyiqinin normada saxlanması və sağlam yaşamaq üçün gündə 3-4 porsiya süd və süd məhsullarının qəbulu vacibdir.

Dietoloq onu da bildirib ki, yağsız və ya az yağlı süd, süd məhsulları, meyvə və tərəvəzlə zəngin, yağ və xolestrolu az olan, zülalı bir qədər artırılmış bir diet proqramı ilə qidalanmaq qan təzyiqini aşağı sala bilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3202
avatar

Oxşar yazılar

Xocalıda yarımçıq qalan "Son zəng" 32 il sonra çalındı  - VİDEO

Xocalıda yarımçıq qalan "Son zəng" 32 il sonra çalındı - VİDEO

14 iyun 2024 , 12:11
Bayram günləri hər yerə yağış yağacaq  - PROQNOZ

Bayram günləri hər yerə yağış yağacaq - PROQNOZ

14 iyun 2024 , 11:48
Baş Prokuror Binəqədi sakinlərini dinləyəcək

Baş Prokuror Binəqədi sakinlərini dinləyəcək

14 iyun 2024 , 11:14
Bu gecə Qaxa  dolu yağıb   - FAKTİKİ HAVA

Bu gecə Qaxa dolu yağıb - FAKTİKİ HAVA

14 iyun 2024 , 10:52
Bu il məzun olan şəhid övladları - SİYAHI

Bu il məzun olan şəhid övladları - SİYAHI

14 iyun 2024 , 10:05
Bakının 3 rayonu və Xudat qazsız qalacaq

Bakının 3 rayonu və Xudat qazsız qalacaq

14 iyun 2024 , 09:45
Bakıda bu yollarda sıxlıq var

Bakıda bu yollarda sıxlıq var

14 iyun 2024 , 08:35
Azərbaycanda “Son zəng”  qeyd edilir

Azərbaycanda “Son zəng” qeyd edilir

14 iyun 2024 , 08:00