Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində qabaqlayıcı tədbirlər davam etdililir
Lent.az-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVID-19) infeksiyasının rayon ərazisində yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində təxirəsalınmaz tədbirlər davam etdirilir.
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən yaradılan xüsusi qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərar və təlimatlarına uyğun olaraq qurub.
Şəki rayonu kütləvi dezinfeksiya işləri ilə bağlı təxirəsalınmaz tədbirlər davam etdirilir.
Belə ki, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və təhsil müəssisələrində, uşaq bağçalarında, mədəniyyət obyektlərində, marşrut avtobuslarında və dayanacaqlarda, rayon ərazisindəki istirahət parklarında, məhəllələrdə, yaşayış binalarında, dayanacaqlarda, ümumiyyətlə, insanların sıx olduğu yerlərdə dezinfeksiya işləri aparılıb və bu proses gündəlik davam etdirilir. Həmçinin Şəki şəhərinin küçə və prospektlərində xüsusi maşınlarla yuyulma və dərmanlanma işləri aparılır.
Martın 25-də Şəki şəhərinin kənd təsərrüfatı məhsullarının satışı bazarının ərazisində də dezinfeksiya işləri aparılıb.
Paralel olaraq, görülən tədbirlər çərçivəsində, rayon ərazisində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə əhali arasında təbliğat və maarifləndirmə işləri də mütəmadi olaraq aparılır, Nazirlər Kabineti yanındakı operativ qərargah tərəfindən verilən tövsiyələr barədə vətəndaşlar məlumatlandırılır və müvafiq izahatlar verilir.