Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
13 may 2020 13:12 (UTC +04:00)

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Azərbaycanda mayın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman  olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. 

Havanın temperaturu  Abşeron yarımadasında gecə 12-15° isti, gündüz  18-21° isti, Bakıda  gecə 13-15° isti, gündüz  19-21° isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunundan 767  mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 70-80, gündüz 40-45 faiz olacaq.  
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dağlıq rayonlarda dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz olacaq. Gecə və səhər saatlarında duman gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. 

Havanın temperaturu  gecə 8-13° isti, gündüz  23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz  13-18°  isti olacaq

Tibbi-meteoroloji proqnoza gəldikdə, mayın 14-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahtlıq hissi yarada bilər . 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4717
avatar

Aygün İbrahimli

Oxşar yazılar