Sabah yay havası olacaq - PROQNOZ
20 may 2020 12:14 (UTC +04:00)

Sabah yay havası olacaq - PROQNOZ

Mayın 21-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 15-18, gündüz  23-27 dərəcə isti, Bakıda  gecə 16-18, gündüz  25-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu  gecə 13-17, gündüz  30-34 dərəcə isti, dağlarda gecə 6-11, gündüz 17-22 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoza görə, mayın 21-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin əsəcəyi gözlənilir ki,  bu da bəzi meteohəssas insanlarda narahtlıq hissi yarada bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2221
avatar

Aygün İbrahimli

Oxşar yazılar