Sabah yağış yağacaq, dolu gözlənilir - PROQNOZ
07 may 2020 12:58 (UTC +04:00)

Sabah yağış yağacaq, dolu gözlənilir - PROQNOZ

Azərbaycanda mayın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən mə\lumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 12-14° isti, gündüz  19-22° isti, Bakıda  gecə 12-14° isti, gündüz  20-22° isti olacaq.

Atmosfer  təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 faiz olacaq.  
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı,  yağış yağacağı, dolu düşəcəyi gözlənilir.  Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. 

Havanın temperaturu  gecə 10-15° isti, gündüz  23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 10-15°  isti olacaq. 
 
Tibbi-meteoroloji proqnoza gəldikdə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  gözlənilir ki, bu da əksər  meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520
avatar

Oxşar yazılar