Sabah Bakıda güclü yağış gözlənilir - PROQNOZ
06 may 2020 13:19 (UTC +04:00)

Sabah Bakıda güclü yağış gözlənilir - PROQNOZ

Azərbaycanda mayın 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Səhər duman olacaq, mülayim şimal küləyi arabir güclənəcək.
 
Havanın temperaturu  Abşeron yarımadasında gecə 13-16, gündüz  18-21, Bakıda  gecə 14-16, gündüz  18-20 dərəcə isti olacaq.
 
Atmosfer  təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.  
 
Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 
Havanın temperaturu  gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəldikdə, mayın 7-8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər  meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2556
avatar

Aygün İbrahimli

Oxşar yazılar