“Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüsünə qoşulan Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, elm, mədəniyyət, təhsil və mətbuat nümayəndələri, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı birləşdirən diaspora təşkilatları, ictimai birliklər, gənc fəallar və Rəsulzadə irsinin xarici tədqiqatçılarından ibarət “İctimai qrup” təsis edilib.
Lent.az xəbər verir ki, qrup üzvlərinin Üzeyir Hacıbəyovun ev-muzeyində keçirilən görüşündə çıxış edən tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Solmaz Tohidi-Rüstəmovanın sözlərinə görə, Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyini yaratmaq təşəbbüsü Azərbaycan cəmiyyətində və xüsusən xaricdəki soydaşlarımız arasında geniş əks-səda doğurub.
Bunu ölkə ictimaiyyətinin müstəqil Azərbaycanın ilk dövlət başçısı M.Ə.Rəsulzadənin xalq və millət qarşısındakı xidmətlərinə ehtiramı kimi qiymətləndirən tarixçi-alim deyib ki, Cümhuriyyət banisinin ev-muzeyinin yaradılması ona münasibətdə ədalətsizliyin aradan qaldırılması istiqamətində mühüm bir addım olardı. O, əlavə edib ki, İctimai qrupda təmsil olunan 100-dən çox elm və mədəniyyət xadimi, incəsənət adamı, gənclər təşkilatlarının nümayəndələri cəmiyyətin səsidir və təşəbbüsün reallaşması üçün bütün qurumlarla əməmkdaşlıq edəcək.
Təşəbbüsün irəli sürülməsindən sonra görülən əsas işlər, ölkə mətbuatında və sosial şəbəkələrdə bu məsələ ilə bağlı aparılan müzakirələr, irəli sürülən təkliflər barədə görüş iştirakçılarına məlumat verən professor Qulu Məhərrəmli, həmçinin informasiya və fikir mübadiləsi üçün yeni platformaların vacibliyi barədə danışıb.
Daha sonra təşəbbüsə qoşulmuş gənclərin hazırladığı “Rəsulzadənin ev muzeyi” adlı xüsusi Feysbuk səhifəsinin təqdimatı olub, qeyd edilib ki, həmin səhifənin əsas məqsədi Rəsulzadənin ev muzeyi ilə bağlı bütün yenilikləri ictimaiyyətə çatdırmaqdır.
Görüşdə çıxış edən bəstəkar, xalq artisti Sərdar Fərəcov, xalq şairi Sabir Rüstəmxanlı, ictimai xadim Fazil Mustafa, əməkdar rəssam Rəis Rəsulzadə, tarixçi alim Firdovsiyə Əhmədova, xalq artisti Ramiz Məlik, “Dədə Qorqud” fondunun prezidenti və “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayılov, Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin direktoru Rafael Gülməmmədli, hüquqşünas Nicat Gözəlov və başqaları “Borcumuzu qaytaraq. Məhəmməd Əmin Rəsulzadənin ev-muzeyi” təşəbbüsünü və “İctimai qrup”un təsis edilməsini cəmiyyətin səsi kimi qiymətləndirmiş, müzakirə edilən məsələ ilə bağlı mülahizələrini bildirmiş, təkliflərini vermişlər.
Görüşdə səsləndirilən təkliflərin nəzərdən keçirilməsi, təşəbbüslə bağlı addımların atılması və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi məqsədilə “İşqi qrupu”nun yaradılması qərara alınmışdır. Həmçinin qərara alınmışdır ki, yanvarın 30-31-də M.Ə.Rəsulzadənin anadan olmasının 136-cı ildönümü ilə bağlı Bakıda beynəlxalq konfrans və dəyirmi masa keçirilsin. Həmin tədbirlərə Fransa, Hollandiya, Almaniya, Polşa, Türkiyə, İran, Rusiya və b. ölkələrdə M.Ə.Rəsulzadə irsini araşdıran alimlərin dəvət olunacağı da nəzərdə tutulur.
“Borcumuzu qaytaraq.
Məhəmməd Əmin Rəsulzadənin ev muzeyi” təşəbbüsü üzrə yaradılan İctimai qrupun siyahısı:
- Rəis Rəsulzadə - Azərbaycanın Xalq rəssamı, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi
- Solmaz Rüstəmova-Tohidi - Tarix üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi.
- Qulu Məhərrəmli – Jurnalist, Filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist
- Nəcibə Bağlrzadə - yazıçı-publisist, Rəsulzadələr ailəsinin tədqiqatçısı
- Nicat Gözəlov – hüquqşünas, “Milli Hüquq evi”nin direktoru
- Ramiz Abutalıbov – diplomat, ictimai xadim, M.Ə.Rəsulzadə irsinin naşiri və tədqiqatçısı
- Ömər Eldarov – heykəltəraş, Xalq rəssamı, Akademik, Azərbaycan Rəssamlar Akademiyasının rektoru, M.Ə.Rəsulzadənin heykəlinin müəllifi
- Ülkər Hüseynova – publisist, naşir, M.Ə.Rəsulzadə irsinin tədqiqatçısı prof. Şirməmməd Hüseynovun həyat yoldaşı
- Nailə Vəlixanlı – tarixçi-alim, Akademik, Əməkdar elm xadimi, AMEA Milli Tarix muzeyinin direktoru
- Rafael Hüseynov – ədəbiyyatşünas-alim, Akademik, ictimai xadim, AMEA Nizami adına Ədəbiyyat muzeyinin direktoru
- Sabir Rüstəmxanlı – Xalq şairi, ictimai xadim
- Fazil Mustafa – ictimai xadim, hüquq üzrə fəlsəfə doktoru
- Qənirə Paşayeva – ictimai xadim, fəlsəfə üzrə elmlər doktoru
- Sabit Bağırov – ictimai xadim, iqtisadçı
- Nəsiman Yaqublu – tarix üzrə elmlər doktoru, professor
- İradə Bağırova – tarix üzrə elmlər doktoru, professor
- Nəsib Nəsibzadə – tarix üzrə elmlər doktoru, professor, Ankara Universiteti
- Kamil İbrahimov – tarix üzrə elmlər doktoru, professor, Əməkdar mədəniyyət işçisi
- İsmayıl Musayev – tarix üzrə elmlər doktoru, professor
- Tufan Axundov – tarix üzrə elmlər doktoru, pofessor
- Firdovsiyə Əhmədova – tarix üzrə fəlsəfə doktoru, Əməkdar müəllim
- Fərda Əsədov – tarix üzrə fəlsəfə doktoru, şərqşünas
- Fərhad Cabbarov – tarix üzrə fəlsəfə doktoru
- Nigar Gözəlova – tarix üzrə fəlsəfə doktoru
- Niyazi Mehdi – filosof, ədəbiyyatşünas-tənqidçi, fəlsəfə elmləri doktoru
- İradə Musayeva – ədəbiyyatşünas-tənqidçi, filologiya üzrə fəlsəfə doktoru
- Etibar Əliyev – fəlsəfə doktoru, təhsil məsələləri üzrə mütəxəssis
- Rasim Müzəffərli – fəlsəfə doktoru, dosent, bəstəkar - şair, naşir.
- Mehman Dəmirli – hüquq elmləri doktoru, professor, Yaxın Doğu və Girnə universitetləri, Girnə, Türkiyə
- Yavuz Akpınar – Dr., Professor. Ege universiteti, Rəsulzadə irsinin Türkiyə dövrü araşdırıcısı, İzmir, Türkiyə
- Səbahəddin Şimşir – Dr., Professor. Balıkesir Üniversiteti, Rəsulzadə irsinin araşdırıcısı, Balıkesir, Türkiye.
- Yeva Mariya Aux – Dr., Professor, Berlin Humbolt Universiteti, Tarix departamenti Azərbaycan tarixi kafedrasının müdiri, Berlin, Almaniya
- Giorgiy Mamulia – Dr., Professor, Fransa İctimai Tədqiqatlar Ali Məktəbi, M.Ə.Rəsulzadə irsinin Avropada mühacirət dövrü tədqiqatçısı. Paris, Fransa.
- Turac Atabəki – Dr. Professor, Beynəlxalq Sosial Tarix İnstitutu (Hollandiya) , Rəsulzadə irsinin İran dövrü araşdırıcısı, Amsterdam, Hollandiya.
- Tohid Məlikzadə - Tarix üzrə Dr., Urmiya Universiteti, Urmiya, İran.
- Sema Barutcu Özönder – Dr. Professor. Ankara Universiteti. Ankara, Türkiyə.
- Ramiz Həsənoğlu – Xalq artisti, rejissor, Əməkdar incəsənət xadimi
- Ramiz Məlik – Xalq Artisti, Şöhrət Ordeni və Dövlət mükafatı laureatı.
- Vasif Babayev – kino rejissoru, Xalq artisti, Əməkdar İncəsənət xadimi
- Ağəli İbrahimov – Xalq rəssamı, Əməkdar incəsənət xadimi,
- Ziyadxan Əliyev – rəssam, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar incəsənət xadimi,
- Elçin Əliyev – memar, Sənətşünaslıq doktoru, professor.
- Xuraman Qasımova – Xalq artisti, Professor, Dövlət Mükafatı laureatı
- Ülviyyə Hacıbəyova – Xalq artisti, Professor, Əməkdar İncəsənət xadimi
- Fuad Əlizadə – bəstəkar, Sənətşünaslıq doktoru, professor, Van Universiteti.
- Tahir Tahiroviç – kino rejissoru, “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri
- Şahin Musaoğlu – Şair, bəstəkar, həkim
- Sərdar Fərəcov – bəstəkar, Xalq artisti, Əməkdar İncəsənət xadimi, Üzeyir Hacıbəyovun ev muzeyinin direktoru
- Kamilə Hüseynova – Nəriman Nərimanovun ev muzeyinin (Bakı) direktoru
- Nüşabə Babayeva-Vəkilova – filologiya üzrə fəlsəfə doktoru, Səməd Vurğunun ev muzeyinin direktoru
- Qəmər Seyfəddin qızı – Cəfər Cabbarlı ev muzeyinin direktoru
- Ülkər Talıbzadə – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Abdulla Şaiqin ev muzeyinin direktoru
- Leyla Əliyeva – M.F.Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin (keçmiş - M.F.Axundovun ev muzeyi) direktoru, Tbilisi, Gürcüstan
- Rəna Dəlivəlova – Nəriman Nərimanovun Xatirə Muzeyinin (Tbilisi) kuratoru, Tbilisi, Gürcüstan
- Sədi Mirseibli – Azərbaycan İstiqlal muzeyinin direktor əvəzi
- Əli Polad – iş adamı, xeyriyyəçi, naşir, Təbriz, İstanbul
- Burzu Əliyev – iş adamı, xeyriyyəçi, Kiyev, Ukrayna
- Fizuli Fərəcov – Texnika elmlər namizədi, “Məhəmməd Əmin Rəsulzadə” Məclisinin sədri - Moskva azərbaycanlıları eyni adlı diaspora təşkilatının rəhbəri, Moskva, Rusiya Federasiyası
- Fizuli Məmmədov – “Ümumdünya Azərbaycan Mədəniyyəti Fondu” nun və Rusiya Azərbaycanlıları İttifaqının (Rusiyanın 56 regionunu birləşdirən diaspora təşkilatı) prezidenti, Moskva, Rusiya Federasiyası
- Qalib Ağayev – Moskva vilayəti şəhər və rayonlarında (Ruza, Ximki, Lyubertsı, Serpuxov, Mıtişi) yaşayan azərbaycanlıların Milli Mədəni Muxtariyyət – diaspor təşkilatlarının, Moskva regionu Şaraban Azadlıq təşkilatı (sədr – Ziyəddin Qulubəyli), Moskva regionu Qadınlar birliyi və Rusiya Federasiyası ərazisində azərbaycanlıların 23 regional diaspora təşkilatlarının Birləşmiş Diaspora Təşkilatının Koordinasiya Şurasının təmsilçisi - Moskva, Rusiya Federasiyası.
- Eldar Tağıyev – Ukrayna Azərbaycanlıları Radasının üzvü, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun ( sədr – Hikmət Cavadov, hüquq elmləri doktoru) koordinasiya Şurasının nümayəndəsi, Dnepr, Ukrayna.
- Aygül İsayeva – Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru, Tbilisi, Gürcüstan.
- Arslan İbrahimi – Kaliforniyadakı Azərbaycan diaspora təşkilatının rəhbəri, Kaliforniya, Amerika Birləşmiş Ştatları
- Elman Mustafazadə - Hollandiyada Azərbaycan diaspora təşkilatının rəhbəri, “Xudafərin.az” saytının baş redaktoru, Amsterdam, Hollandiya.
- Rahim Telman Sadıqbəyli – Stokholm Azərbaycan Mədəniyyət Mərkəzinin başçısı, İsveç Azərbaycan Federasiyasının Koordinasiya Şurasının təmsilçisi
- Toğrul Abbasov – Şimali Kipr Türk Respublikasında Azərbaycan İcmasının rəhbəri, Levkoşa, Şimali Kipr Türk Respublikası
- Selçuk Önal, Tuncer Kirhan – Azərbaycan Kültür Dərnəyi, Ankara, Türkiyə
- Cihan Özdemir – Dosent-Dr., Yunis İmrə İnstitutunun Bakı filialının direktoru,
- Cezmi Bayram – "Türk ocaqları” İstanbul şöbəsinin rəhbəri, tarixçi alim, İstanbul, Türkiyə.
- Akif Aşırlı – “Türk ocaqları" Azərbaycan şöbəsinin rəhbəri, "Şərq" qəzetinin təsisçisi və redaktoru
- Eldar İsmayılov – “Dədə Qorqud” milli fondunun rəhbəri, "Azərbaycan Dünyası” jurnalının təsisçisi və baş redaktoru,
- Firudin İbrahimi – "İranlı mühacirlər" İctimai Birliyinin rəhbəri
- Rafael Gülməmmədli – Bakı İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin direktoru
- Elçin Şıxlı – jurnalist, "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru
- Arif Əliyev – jurnalist, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, Bakı mətbuat klubunun rəhbəri
- Vahid Mustafayev – ANS şirkətlər qrupunun prezidenti
- Seyfulla Mustafayev – ANS şirkətlər qrupunun vitse-prezidenti, tarixçi
- Mayis Əlizadə - jurnalist-tədqiqatçı, İstanbul, Türkiyə
- Əhməd Obalı – “Günaz.TV” kanalının rəhbəri, Çikaqo, ABŞ
- Araz Qurbanov – tədqiqatçı, siyasi şərhçi, publisist
- Elşad Eyvazlı – jurnalist, “modern.az” saytının rəhbəri, Parlament jurnalistləri birliyinin sədri
- Müsəllim Həsənov – jurnalist, Əməkdar Mədəniyyət işçisi
- İlhamiyyə Rza – jurnalist,
- Aygün Muradxanlı – jurnalist
- Ramilə Qurbanlı – jurnalist, “Lent.az” saytı.
- Ənvər Börüsoy- jurnalist-tədqiqatçı
- Nicat İsmayılov – jurnalist, ednews.net saytı
- Orxan Yolçiyev – jurnalist, “Vestnik Kavkaza” İnformasiya-Analitik Agentliyi
- Erkin Məmmədov – hüquqşünas, vəkil
- Əziz Qənbərov – hüquqşünas, vəkil
- Səbuhi Axundov – hüquqşünas
- Nemət Ağalarov – hüquqşünas
- Orxan Şahbaz – sosioloq-tədqiqatçı
- Əligül Ağayev – müəllim, “Gənc fəallar” qrupunun koordinatoru
- Dilqəm Əhməd – gənc araşdırıcı, naşir, Cümhuriyyət dövrünə dair sənədlərin kolleksiyaçı, gənc fəal
- Elmar Həsənli – tarix müəllimi, maarifçi, gənc fəal
- Nüsrət Əliyev – “Böyük İpək yolu Gənclər İttifaqı” təşkilatının gənc fəal
- Gülnar Bəşirova – tarixçi – hüquqşünas, gənc fəal
- Firuz Əlövsətov – Doğu Akdeniz Universiteti, Azərbaycan Tələbə Cəmiyyətinin sədri,
- Rafiq Hunaltay – sahibkar, gənc fəal
- Elşad Əhmədov – rəssam, gənc fəal, Repin adına Sankt-Peterburq Rəssamlıq Akadmiyasının magistrı, Sankt-Peterburq, Rusiya.