Respublika Xəstəxanasında bəzi şöbələrin bağlanmasının səbəbi AÇIQLANDI
18 may 2020 17:55 (UTC +04:00)

Respublika Xəstəxanasında bəzi şöbələrin bağlanmasının səbəbi AÇIQLANDI

“Hazırda həkim qruplarımız bütün xəstəxanalarda baxış keçirir ”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib. 

Y. Qarayeva deyib ki, bu baxışlarla bağlı hansısa xəstəxanada dezinfeksiya işinin aparılması, hansısa şöbənin boşaldılması normaldır: “Respublika Xəstəxanasına müxtəlif rayonlardan xəstələr daxil olur. Bunun üçün xəstəxanada hansısa şöbələr müvəqqəti bağlanmalı, dezinfeksiya işləri mərhələ-mərhələ aparılmalıdır”.

TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu günə qədər xüsusi pandemiya xəstəxanalarında yoluxma olmayıb, adi rejimdə işini davam etdirən xəstəxanalarda olub: “Respublika Xəstəxanasında  adi profilaktik tədbirlər aparılır”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3301
avatar

Oxşar yazılar