Pandemiya dövründə Azərbaycanda doğulan əkizlərin və üçəmlərin sayı AÇIQLANDI
15 may 2020 17:10 (UTC +04:00)

Pandemiya dövründə Azərbaycanda doğulan əkizlərin və üçəmlərin sayı AÇIQLANDI

Pandemiya dövründə Azərbaycanda yeni doğulan 12566 uşaq qeydiyyata alınıb.

Bu barədə Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib. Uşaqlardan 6793-ü oğlan, 5773-ü qızdır. Eyni zamanda qeyd edilib ki, həmin müddətdə doğulan uşaqlardan 140-ı əkiz, 6-sı isə üçəmdir. 

Bildirilib ki, pandemiya dövründə Ədliyyə Nazirliyi fəaliyyətini xüsusi rejim qaydalarına uyğun davam etdirib, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunub, bu məqsədilə nazirliyin rəsmi saytının “Vətəndaşlar üçün əlaqə” və “İnteraktiv əlaqə” bölmələrinin funksionallığı artırılaraq elektron qaydada müraciət etmək imkanı yaradılıb, əhaliyə əsasən məsafədən xidmətlər göstərilməsi təmin edilib. 

Əhalinin bəzi vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınmasına olan ehtiyacını nəzərə alaraq onlara yalnız təxirəsalınmaz hallarda qeydiyyat şöbələrinə müraciət etmələri, digər hallarda isə müvafiq xidmətlərdən elektron qaydada yararlanmağı tövsiyə olunub. Qeydiyyat şöbələrinə bilavasitə gəlmiş şəxslərə isə onların sağlamlığının qorunması məqsədilə müvafiq xidmətlər sosial izolyasiya tədbirləri nəzərə alınmaqla göstərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2008
avatar

Oxşar yazılar