Orfoqrafiya lüğətinin çapının gecikməsinin səbəbi AÇIQLANDI
06 may 2020 17:09 (UTC +04:00)

Orfoqrafiya lüğətinin çapının gecikməsinin səbəbi AÇIQLANDI

"Pandemiya vəziyyəti yaranmasaydı, Orfoqrafiya lüğəti indiyə kimi çap olunmalı idi".

APA-nın məlumatına görə, bunu Milli Məclisin İnsan Hüquqları və Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin bu gün keçirilən birgə iclasında ictimai dinləmələr zamanı Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu deyib.

O bildirib ki, Dilçilik İnstitutu orfoqrafiya qaydalarını hazırlayıb və ölkə tarixində ilk dəfə olaraq, 1 il ərzindıə kütləvi İnformasiya vasitələrində bu qaydalar geniş müzakirə olunub: “Keçən ilin fevral ayında Nazirlər Kabineti həmin Orfoqrafiya qaydalarını təsdiqlədi. Həmin qaydalara uyğun olaraq, Dilçilik İnstitutu yeni orfoqrafiya lüğətini çapa hazırlayıb. Hazırda bu kitab nəşriyyatdadır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1686
avatar

Oxşar yazılar