Ölkədə koronavirusla bağlı son vəziyyəti açıqlandı
08 may 2020 21:27 (UTC +04:00)

Ölkədə koronavirusla bağlı son vəziyyəti açıqlandı

 

Bu gün Azərbaycanda 5620 koronavirus testi keçirilib.

APA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə 181 530 nəfər COVID-19 testindən keçib. Reanimasiyada olan xəstə sayı 24, süni tənəffüs cihazında olan xəstə sayı 11-dir.

Qeyd edək ki, ölkədə virusa yoluxanların sayı 2279, virusdan ölənlər 28, sağalan xəstə sayı 1576, aktiv xəstələrin sayı isə 675 nəfərdir.

# 6948
avatar

Oxşar yazılar