Naxçıvan və Bakı arasında gediş-gəlişin bərpası gözlənilmir - RƏSMİ
15 may 2020 18:35 (UTC +04:00)

Naxçıvan və Bakı arasında gediş-gəlişin bərpası gözlənilmir - RƏSMİ

“Bildiyiniz kimi, “sarı zona”dan “narıncı zona”ya gediş-gəliş qadağandır. Bu, təkcə Naxçıvana aid deyil, yerdə qalan digər ərazilərə də aiddir”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, Bakıda iş yeri olan adamlar Azərbaycanın başqa yerlərindən paytaxta gələ bilirlər. 

“Amma Naxçıvanda bu, texniki baxımdan mümkün deyil. Naxçıvandan Bakıya yalnız təyyarə vasitəsilə gəlmək mümkündür. Müəyyən bir kontingent olmalıdır ki, təyyarə uça bilsin. Bütövlükdə yolların açılması, gediş-gəlişin bərpa olunması müzakirə olunan məsələdir. Ola bilər ki, növbəti mərhələlərdə bu məsələ aktuallaşsın”, - İ. Məmmədov vurğulayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8194
avatar

Oxşar yazılar