Məktəbəhazırlıq qrupları ilə bağlı onlayn müsahibələr başlayıb
20 may 2020 14:37 (UTC +04:00)

Məktəbəhazırlıq qrupları ilə bağlı onlayn müsahibələr başlayıb

Mayın 20-dən tədrisi digər dildə aparılan bölmələr üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar üçün onlayn müsahibələrə başlanılıb.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqlar üçün onlayn müsahibələr Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında" Qərarına uyğun olaraq tədrisi digər dildə aparılan və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların onlayn müsahibələri üzrə qeydiyyata iyunun 1-dən start veriləcək.

İyun ayı ərzində müsahibənin keçirilmə tarixi barədə mobil nömrəyə sms bildiriş göndəriləcək, eyni zamanda bu məlumatlar valideynin şəxsi kabinetində bildiriş formasında öz əksini tapacaq.

Qeyd edək ki, I sinfə qeydiyyat www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2575
avatar

Aygün İbrahimli

Oxşar yazılar