Metronun açılması koronavirusa yoluxmanı artırıb? - TƏBİB-dən cavab
15 may 2020 18:38 (UTC +04:00)

Metronun açılması koronavirusa yoluxmanı artırıb? - TƏBİB-dən cavab

“Bakı metrosunun açılmasından sonra koronavirusa yoluxmada ciddi artımın olması barədə bizdə fakt yoxdur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, son dövrlər yoluxma daha çox lokal, iş yerlərində qaydalara məsuliyyətsiz yanaşma ilə əlaqədardır: “Biz həmişə demişik ki, ikinci dalğa ola bilər. Bizim əhalimizə bərabər sayda olan Avropa dövlətlərində on minlərlə yoluxma olub. Bizdə isə yoluxanların sayı 3 minə yaxınlaşır. Vətəndaşlarımız da artımın olmaması üçün məsuliyyətli olmalıdırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4006
avatar

Oxşar yazılar