Külli miqdarda ət və spirtli içkinin satışına qadağa qoyuldu - SƏBƏB
20 may 2020 15:52 (UTC +04:00)

Külli miqdarda ət və spirtli içkinin satışına qadağa qoyuldu - SƏBƏB

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə son günlərdə istehlakçılardan daxil olan müraciətlərə əsasən müəyyən olunub ki, nəzarət tədbirlərinin yumşaldılması hallarından bir sıra sahibkarlar sui-istifadə etməklə müxtəlif pozuntulara yol veriblər.

Qurumdan Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı respublikanın müxtəlif regionlarında fəaliyyət göstərən 416 ticarət müəssisəsində monitorinqlər keçirilib, onlardan 164-də müraciətlərdə qeyd olunan nöqsanlar öz təsdiqini tapıb.

Monitorinq nəticəsində yararlılıq müddəti ötmüş ümumi çəkisi 764,866 kiloqram ət, süd, unlu və qənnadı məmulatları, konservlər,  eləcə də 435,02 litr spirtli və spirtsiz içkilər və müxtəlif çeşidli şirələr satışdan çıxarılaraq məhv edilib.

Məlumatda qeyd olunub ki, agentlik əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl olaraq zəruri tədbirlər həyata keçirməkdədir. Ancaq bununla yanaşı, prosesdə iştirak edən bütün tərəflərin-sahibkarların, istehlakçıların, eyni zamanda hər bir vətəndaşın sosial məsuliyyətini dərk etməsi, özünün, sevdiklərinin və ailə üzvlərinin sağlamlığı naminə qida nəzarətçisinə çevrilməsi vacibdir. AQTA hər bir istehlakçını bu istiqamətdə nümunəvi vətəndaş mövqeyi ortaya qoymağa və ictimai nəzarətin təmin olunmasında aktiv iştiraka dəvət edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4321
avatar

Aygün İbrahimli

Oxşar yazılar