Koronavirusa yoluxma sürəti bu tarixlərdə ən yüksək olub - TƏBİB
15 may 2020 17:22 (UTC +04:00)

Koronavirusa yoluxma sürəti bu tarixlərdə ən yüksək olub - TƏBİB

“Aktiv yoluxma halların sayı 13 aprelə qədər artıb, 27 aprelə qədər azalıb. Aktiv yoluxma halları 27 aprel – 2 may tarixində sabitləşib. 2 maydan bu günə qədər isə yoluxmanın davamlı şəkildə artması müşahidə olunub”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
 
R. Bayramlı qeyd edib ki, yoluxma sürəti 20-31 mart tarixlərində ən yüksək olub.

“May ayının əvvəlindən təsdiq edilmiş yoluxma hallarının sayı sürətlə artıb və bu da məhdudiyyətlərin aradan qaldırılması ilə bağlıdır”, - TƏBİB-in sədri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1978
avatar

Oxşar yazılar