Koronavirusa yoluxma daha çox bu bölgələrdə olub - TƏBİB
05 may 2020 17:53 (UTC +04:00)

Koronavirusa yoluxma daha çox bu bölgələrdə olub - TƏBİB

"Bu gün koronavirusa yeni yoluxma sayı 76-dır. Amma burada hansı bölgədə daha çox yoluxma olduğunu deyə bilmərəm".

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib: "Yoluxma həm Bakıda, həm regionlarda olub. Qeyd edim ki, yoluxma daha çox narıncı adlandırdığımız yerlərdə olub. Əgər narıncı zonaya aid hansısa yerdə azalma olarsa, sarı zonaya daxil ediləcək. Ya da əksinə, sarı zona adlandırdığımız bölgələrdə də yenidən virusa yoluxma statistikası artarsa, yenidən karantin rejimi sərtləşdirilə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 19779
avatar

Oxşar yazılar