"Hazırda dünya üzrə 210-dan çox peyvənd namizədi inkişaf mərhələsindədir. Bunlardan 48-i insanlar üzərində sınaqdan keçirilir. Onlardan isə təxminən 10-u üçüncü sınaq mərhələsindədir".
Bu barədə Lent.az-a Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən məlumat verilib.
Qeyd olunub ki, birinci və ikinci mərhələdə olan bir neçə namizəd peyvənd qarşıdakı aylarda üçüncü mərhələyə daxil olacaq: "Genişmiqyaslı sınaq mərhələsinin ilkin nəticələri noyabr ayında əldə olundu.
Xəbərlər ürəkaçan olsa da, sınaqların son mərhələsinə çatdıqdan sonra əldə ediləcək effektivlik və təhlükəsizlik haqqında məlumatları gözləməliyik. Peyvəndlərin təsir müddətinin nə qədər davam edəcəyini və yaşlı əhali qruplarını nə qədər yaxşı qoruyacağını da görməliyik. Təhlükəsizlik səbəbindən peyvəndin yan təsirlərinin olub-olmadığını öyrənmək üçün iştirakçıları daha çox izləməyimiz lazımdır".
Qurumdan bildirilib ki, bütün bu mərhələlərdən sonra məlumatlar icazə sənədlərinin verilməsi prosesinə başlamaq üçün tənzimləyici orqanlara təqdim ediləcək.

Koronavirus peyvəndi ilə bağlı sınaqlar nə yerdədir? - ÜST-dən CAVAB
Oxşar yazılar

Prezidentdən Qurban bayramı münasibətilə PAYLAŞIM
6 iyun 2025 , 00:17
Follikul donorluğu Azərbaycanda hamını bir-birinə qohum edə bilər? – ARAŞDIRMA
5 iyun 2025 , 23:50
Bakı bulvarında vəziyyət kritikləşir: “Nəfəs almaq olmur” - VİDEO
5 iyun 2025 , 22:12
Spirtli içki içənlərə qurban əti vermək olar? - İlahiyyatçıdan AÇIQLAMA
5 iyun 2025 , 20:15Bakıda tıxac olan yollar - SİYAHI
5 iyun 2025 , 18:45
Aprelin 27-də keçirilən buraxılış imtahanının NƏTİCƏLƏRİ
5 iyun 2025 , 18:38
Leysan Bakı-Şamaxı yolunu iflic etdi
5 iyun 2025 , 17:48