Komitə sədrindən ailələrə təbrik - HEÇ KİMƏ SİRR DEYİL Kİ...
15 may 2020 14:55 (UTC +04:00)

Komitə sədrindən ailələrə təbrik - HEÇ KİMƏ SİRR DEYİL Kİ...

 

“15 May bütün dünyada “Beynəlxalq Ailə Günü” kimi qeyd edilir və Azərbaycan da beynəlxalq ictimaiyyətin üzvü kimi bu ənənəyə qoşularaq bütün lazımi addımları atıb”.

Lent.az xəbər verir ki,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 15 May “Beynəlxalq Ailə Günü” münasibəti ilə ailələlərə ünvanladığı təbrikində belə deyib: “Heç kimə sirr deyil ki, Azərbaycanda ailəyə verilən dəyər çox yüksək, ailədə emosional bağlar dayanıqlı və möhkəmdir. Həm tarixi keçmişimiz, həm də Ümummilli liderimiz Heydər Əliyevin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi ailə siyasətinin bugün daha yüksək səviyyədə yerinə yetirilməsinin nəticələri, eləcə də bugünə qədər nəsildən-nəsilə ötürülərək gələn milli-mənəvi dəyərlərimiz və müasir dəyərlərə açıq xalq olmamız bizə Beynəlxalq Ailə Gününü bayram kimi qeyd etməyə imkan verir.

Bütün dünyanı bürüyən pandemiya dünya dövlətlərini və eyni zamanda insanlığı, ailələri sınağa çəkdi. Başda Prezident İlham Əliyev olmaqla dövlətimiz sosial sahədə üzərinə düşən vəzifəni bir çoxlarına nümunə olacaq şəkildə həyata keçirməkdədir və bu sahədə ortaya qoyulan siyasi iradə “Biz Birlikdə Güclüyük” şüarı ətrafında bütün xalqımızı birləşdirdi. Cəmiyyətimizin hər bir fərdi bu yardımlaşma aksiyasına qatıldı.

Sədr vurğulayıb ki, Komitə yarandığı gündən öz səlahiyyətləri və imkanları çərçivəsində daim ailələrə dəstək göstərib: “Bu günki çətin zamanda da karantin dövrünün qaydalarına uyğun olaraq güclərimizi səfərbər etməklə fərqli istiqamətdə fəaliyyətlərlə ailələrimizin, xüsusilə həssas qrupların yanında olmağa çalışdıq. “Ailəm” könüllüllərinin köməkliyi ilə “Ailədən ailəyə” aksiyası, “Ailələrimizi tanıyaq” layihəsinə start verildi, ailələrə dəstək xarakterli maarifləndirici vebinarlar təşkil edildi, postlar paylaşıldı və bu fəaliyyət bu gün də davam etdirilir.

Bu çətin günlərdə Azərbaycan adlı böyük və müqəddəs ailənin mənəvi keyfiyyətlərinin nə qədər yüksək olduğunun, milli köklərimizə bağlılığımızın, ailədə nəsillərarası münasibətlərin dəyərini, cəmiyyətin ən müxtəlif təbəqələri arasında insani münasibətlərin bir daha şahidi olduq. Biz bu pandemiya dövründə həm ailələrimiz, həm də hər bir vətəndaşımızla min illərdən süzülüb gələn yardımlaşma ənənəsi, ehtiyacı olana hami durmaq qabiliyyətimizlə nümunə olduq.

İnanırıq ki, bundan sonra da dövlətimiz və xalqımızın fədakar səyləri nəticəsində ölkəmiz hər sınaqdan ləyaqətlə çıxacaq.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq ailələrimizi “Beynəlxalq Ailə Günü” münasibəti ilə təbrik edir, müqəddəs ailə bağlarımızın daha da möhkəmlənməsini və sağlam köklər üzərində inkişafını arzu edirik.

Tanrı xalqımızı və bütün insanlığı qorusun!”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3337
avatar

Aygün İbrahimli

Oxşar yazılar