Kişi su samurundan koronavirusa yoluxdu
20 may 2020 19:17 (UTC +04:00)

Kişi su samurundan koronavirusa yoluxdu

Niderlandda insanın su samurundan koronavirusa yoluxması ilə bağlı ilk yoluxma qeydə alınıb. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu haqda ölkənin kənd təsərrüfatı naziri Karola Skoutenin parlamentə yazdığı məktubunda qeyd edilib. 

Nazirin sözlərinə görə, su samurundan insanın koronavirusa yoluxmasının mümkünsüzlüyü fikri yanlış imiş və minimum yoluxma riski mövcudur.

Aprel ayında Niderlanddakı iki heyvan təssərüfatındakı su samurları arasında koronavirusa yoluxma qeydə alınıb. Hakimiyyət heyvanlarla təmasda olmağı məhdudlaşdırıb və virusun heyvana keçməsinin mümkün olmadığı açıqlanıb. Ferma işçilərinin vəziyyəti barədə hələ ki məlumat verilmir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2782
avatar

Oxşar yazılar