Karantində icazə ilə evdən çıxanların sayı açıqlandı
18 may 2020 15:25 (UTC +04:00)

Karantində icazə ilə evdən çıxanların sayı açıqlandı

Azərbaycan ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması çərçivəsində mayın 18-dən yaşayış yerini SMS icazə sistemi ilə, icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilib.

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Lent.az-a verilən məlumata görə, 5 aprel 2020-ci il tarixindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” fəaliyyət göstərib. Sistem Azərbaycan  Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzı və Daxili İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilib.

Bu müddətdə əməkdaşlar üçün icazənin alınması ilə bağlı 72 330 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 924 992 icazə faktiki  qüvvədə olub.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 36 milyon 184 min SMS göndərilib. SMS-lərin 99 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” bu müddətdə tam dayanıqlı və təhlükəsiz vəziyyətdə fəaliyyət göstərib.

Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb. Mərkəzin əməkdaşları tərəfindən,  ümumilikdə 500 000-dən çox vətəndaş müraciəti qəbul olunub.

Sistemin tətbiqi ilə bağlı beynəlxalq maraq da olub. Belə ki, Qazaxıstan Respublikası müvafiq təcrübə əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb.

Eyni zamanda Rusiyanın bir neçə federal subyektinin tətbiq etdiyi bu sistemlə bağlı Türkiyə və Birləşmiş Ərəb Əmirliyi tərəfindən də Dövlət Agentliyinə  sorğular göndərilib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2150

Oxşar yazılar

Süni intellekt bir foto ilə ölüm riskinizi  müəyyən edir

Süni intellekt bir foto ilə ölüm riskinizi müəyyən edir

22 may 2025 , 19:20
Ən tənbəl  BÜRCLƏR AÇIQLANDI

Ən tənbəl BÜRCLƏR AÇIQLANDI

22 may 2025 , 18:32
Sabah bu rayonda qaz olmayacaq

Sabah bu rayonda qaz olmayacaq

22 may 2025 , 17:40
Nazim Rəcəbov 4 ölkədən  olan həmkarı ilə görüşdü

Nazim Rəcəbov 4 ölkədən olan həmkarı ilə görüşdü

22 may 2025 , 17:13
Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

Azərbaycanda bütün karyeranı əhatə tam xidmət modeli – “UNİDESTİN” Tədris Mərkəzi AÇILDI

22 may 2025 , 16:41
Sabahın tibbi-meteoroloji PROQNOZU

Sabahın tibbi-meteoroloji PROQNOZU

22 may 2025 , 16:38
Baş prokuror Vyanada işgüzar səfərdədir

Baş prokuror Vyanada işgüzar səfərdədir

22 may 2025 , 15:35
Ərşad Əzimzadə

Sağlamlığın səkkiz SƏSSİZ DAHİSİ

22 may 2025 , 15:25