İşsiz şəxslərin qeydiyyatı və birdəfəlik ödəmə ilə bağlı faydalı VİDEO
10 aprel 2020 21:57 (UTC +04:00)

İşsiz şəxslərin qeydiyyatı və birdəfəlik ödəmə ilə bağlı faydalı VİDEO

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz şəxslərin qeydiyyatı və birdəfəlik ödəmə ilə bağlı video hazırlayıb.

APA-nın məlumatına görə, artıq bu gündən işsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb. İlk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb.

Onların müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə, istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.

Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4039
avatar

Oxşar yazılar