İşsiz kimi necə qeydiyyata düşmək olar? - RƏSMİ AÇIQLAMA
07 aprel 2020 15:47 (UTC +04:00)

İşsiz kimi necə qeydiyyata düşmək olar? - RƏSMİ AÇIQLAMA

Koronovirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə məşğulluq mərkəzlərində vətəndaşların qəbulu dayandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az-a bildirib ki, 190 manat birdəfəlik ödəmə ilə bağlı vətəndaşların müraciətlərinin qəbulu yalnız onlayn qaydada aparılır.

Onlayn qaydada müraciət etmək üçün Nazirliyin e-sosial.az portalında, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müracət” bölməsinə daxil olaraq, işsiz və ya işaxtaran kimi uçota alına bilərsiniz.

Müraciət şəxsiyyət vəsiqəsinin və FİN nömrələrini daxil etməklə, “İstiqamət” bölməsində “məşğulluq sahəsində göstərilən xidmətlər”, “Xidmət növü” bölməsində isə “vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçməklə həyata keçirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3882
avatar

Aygün İbrahimli

Oxşar yazılar