İmtahan proqramlarından çıxarılan mövzularla bağlı AÇIQLAMA
08 may 2020 15:18 (UTC +04:00)

İmtahan proqramlarından çıxarılan mövzularla bağlı AÇIQLAMA

Buraxılış və qəbul imtahanları proqramlarından çıxarılan mövzuların siyahısı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında yerləşdiriləcək.

Bu barədə DİM-dən APA-nın sorğusuna cavab olaraq məlumat verilib. Qeyd edilib ki, mövzuların siyhasının yaxın günlərdə yerləşdiriləcəyi nəzərdə tutulub: “Qəbul proqramlarında hansı mövzulardan suallar düşəcəyi göstərilir. Proqramdan çıxarılan mövzuların siyahısının DİM-in saytına yerləşdirilməsində məqsəd abituriyentlər kömək etməkdir.

Abituriyentə çətinlik olmaması üçün DİM-in saytında göstəriləcək ki, qəbul proqramlarında martdan sonrakı mövzular bunlar idi, onlardan hansıları proqramdan çıxarılıb. Dərslikdə olan bütün mövzular proqramda olmur. Proqram qısa formada hazırlanır. Ona görə də proqramdan çıxarılan mövzuların siyahısı veriləcək ki, şagirdlər həmin mövzulardan hazırlaşmasın. Bu, şagirdlərin işini asanlaşdırmaq üçündür”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21291
avatar

Oxşar yazılar