Hidrometeoroloji stansiyaların təyinatı dəyişdiririlir - SƏBƏB
20 may 2020 11:55 (UTC +04:00)

Hidrometeoroloji stansiyaların təyinatı dəyişdiririlir - SƏBƏB

“Hazırda qarşımıza 2030-cu ilədək Hidrometeorologiyanın inkişafına dair Dövlət Proqramının hazırlanması ilə bağlı ciddi məsələ qoyulub. Bu proqramın əsas tezisləri ilk növbədə modernləşdirmə, optimallaşdırma, effektivliyin artırılması və keyfiyyət olacaq”.

Lent.az xəbər verir ki, bu barədə məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva verib: “İstənilən meteoxidmətin əsasını müşahidə şəbəkəsi təşkil edir. Bu istiqamətdə mərhələli avtomatlaşdırma nəzərdə tutulur. Artıq bu il ölkənin əsas çaylarının üzərindəki hidroloji müşahidə məntəqələrində, bizim meteoxidmətin tarixində ilk dəfə olaraq su sərfi və səviyyəsini ölçən sensorlarla təchiz edilmiş müasir hidroloji avtomat stansiyalar quraşdırılacaq. İqlimin sürətlə dəyişdiyi şəraitdə, su ehtiyatlarının deqradasiyası fonunda çayların sululuğunun dəqiq uçotunun aparılması sudan səmərəli istifadə baxımından əsas olacaq”.

O bildirib ki, bu il ərzində struktur dəyişikliyi çərçivəsində 30 faizə qədər hidrometeoroloji stansiyaların təyinatı dəyişdirilərək aqrometeoroloji stansiyalara çevriləcək: “Əvvəllər onların sayı 5 faizi keçmirdi. Fermer təsərrüfatları aqrometeoroloji icmallarla təmin olunacaq. Bu sahədə Kənd Təsərrüfatı Nazirliyi ilə daha sıx və əlaqələndirilmiş iş aparılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1783
avatar

Aygün İbrahimli

Oxşar yazılar