Həftəsonu hərəkət məhdudlaşdırılmayacaq - Qərargah
22 may 2020 17:05 (UTC +04:00)

Həftəsonu hərəkət məhdudlaşdırılmayacaq - Qərargah

Sanitar-epidemioloji sahə üzrə mütəxəssislər tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha bu həftənin şənbə-bazar günləri hərəkətin məhdudlaşdırılması barədə müraciət olunub.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Operativ Qərargah şənbə və bazar günləri hərəkətin məhdudlaşdırılması barədə təklifi qəbul etməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6271
avatar

Oxşar yazılar