Hesablama Palatası KİVDF-nin fəaliyyətində nəyi araşdırır? - RƏSMİ
08 may 2020 18:26 (UTC +04:00)

Hesablama Palatası KİVDF-nin fəaliyyətində nəyi araşdırır? - RƏSMİ

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun fəaliyyəti yoxlanılır. Lent.az-ın əldə etdiyi məlumata görə, maliyyə istiqaməti, jurnalistlər üçün tikilmiş binalar üzrə fəaliyyət və ümumiyyətlə, Fondun həyata keçirdiyi digər layihələrlə bağlı Hesablama Palatası tərəfindən kompleks yoxlamalar başlayıb.

 

Bildirilir ki, yoxlamaların məqsədi KİV-ə ayrılmış dövlət vəsaitinin xərclənməsi zaman yol verilmiş nöqsanları aşkar etmək, habelə, jurnalistlər üçün yaşayış binalarının tikintisinə ayrılmış vəsaitin monitorinq etməkdir.

 

Hesablama Palatasının mətbuat katibi Nailə Məhərrəmova KİVDF-də daxili audit yoxlamaları aparıldığını Lent.az-a təsdiqlədi. O, bildirdi ki, dövlət tərəfindən maliyyə ayrılan istənilən qurumda yoxlamalar aparılır:

 

“Palatada plan üzrə dövlət tərəfindən pul ayrılan bütün təşkilatlar vaxtaşırı yoxlanılır. Düzdür, mən ay yarıma yaxındır ki, karantinlə bağlı işə çıxmıram. Ancaq bildiyim qədərilə, hazırda KİVDF-də yoxlamalar davam etdirilir. Audit yoxlamaların məğzi barədə dəqiq məlumatım yoxdur”.

 

“Jurnalist Evi” MMC-nin direktoru Bünyamin İsmayılov isə hələlik binalarda heç bir yoxlama aparılmadığını deyib:

 

“Yaşım 65-dən yuxarıdır. Buna görə də 35 gündən çoxdur ki, binadan kənara çıxa bilmirəm. Günboyu binanın sakinləri ilə bir yerdəyəm. Binada nə olsa, mənim xəbərim olmalıdır. Bura heç bir kənar adam gəlməyib, heç bir yoxlama aparılmayıb. KİVDF-nin təzə rəhbəri ilə yaxından əlaqələrim var, daim öz tapşırıqlarını verir”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4194

Oxşar yazılar

Buraxılış imtahanının nəticələri elan olundu

Buraxılış imtahanının nəticələri elan olundu

24 may 2025 , 02:15
Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

23 may 2025 , 20:55
Pensiya yaşı 70-ə qaldırılır

Pensiya yaşı 70-ə qaldırılır

23 may 2025 , 19:46
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

23 may 2025 , 18:43
Həftə sonu 3 BÜRC üçün kabus kimi  olacaq

Həftə sonu 3 BÜRC üçün kabus kimi olacaq

23 may 2025 , 18:29
Mağazadan aldığımız  ən təhlükəli çörək növü

Mağazadan aldığımız ən təhlükəli çörək növü

23 may 2025 , 18:15
Marketlərdə qiymət oyunu:  Vitrində 1 manat, kassada 4

Marketlərdə qiymət oyunu: Vitrində 1 manat, kassada 4

23 may 2025 , 17:19
Küləklə bağlı XƏBƏRDARLIQ

Küləklə bağlı XƏBƏRDARLIQ

23 may 2025 , 16:59