Fərqlənmə nişanı alan taksilərin sayı AÇIQLANDI
04 may 2020 18:02 (UTC +04:00)

Fərqlənmə nişanı alan taksilərin sayı AÇIQLANDI

“Bu gündən etibarən Bakı Nəqliyyat Ageynliyi tərəfindın həm daşıyıcı şirkətlərə, həm də taksi fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə TƏBİB-in metodiki vəsaiti ilə bağlı məktub göndərilib”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

V.Kərimli deyib ki, taksilərdə və marşrut avtobuslarda arakəsmələrin qoyulması da tələb olunub. “Araşdırmalardan sonra nə qədər avtobus və taksidə arakəsmə quraşdırıldığı bəlli olacaq”.

BNA sədri onu da bildirib ki, aprel ayında 3312 taksi fərqlənmə nişanı almaq üçün müraciət edib: “Onlardan 2911-nə fərqlənmə nişanı verilib, sənədlərin natamamlığına görə 306-sı geri qaytarılıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Oxşar yazılar