Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Astara rayonunda 1 nəfər xəstə vətəndaşın mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
APA-nın məlumatına görə, çağırış ünvanına dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb edilib və vətəndaşa müvafiq köməklik göstərilib.