Dünyada koronavirusdan ölən jurnalistlərin sayı AÇIQLANDI
01 may 2020 19:11 (UTC +04:00)

Dünyada koronavirusdan ölən jurnalistlərin sayı AÇIQLANDI

Martın 1-dən etibarən dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş 55 jurnalist vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə “The Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı məlumat yayıb.

Bildirilib ki, vəfat edən jurnalistlər dünyanın 23 müxtəlif ölkəsindəndir.

Qeyd olunub ki, jurnalistlər xəstəxanalardan material hazırlayarkən, həkimlərdən, siyasətçilərdən, iqtisadçılardan müsahibələr alarkən tibbi vasitələrin çatışmazlığı səbəbindən özlərini qoruya bilməyiblər və koronavirusa yoluxublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1710
avatar

Oxşar yazılar