Dünyada bu gün - VİDEO
14 may 2020 09:01 (UTC +04:00)

Dünyada bu gün - VİDEO

MARK ZUKERBERQ

(1984)

 

1. “Facebook” sosial şəbəkəsinin qurucusu, amerikalı sahibkar Mark Elliot Zukerberq 14 may 1984-cü ildəNyu-Yorkda doğulub. Atası Edvard diş həkimi, anası Karen psixiatr olub. Milliyyətcə yəhudidir. ABŞ-ın ən nüfuzlu ali məktəblərindən biri olan Harvard Universitetinə daxil olub. Universitetdə oxuduğu illərdə www.facemash.com saytını düzəldib. Saytda Harvard Universitetinin bütün tələbələrinin şəkilləri vardı. Ancaq fotoşəkilləri tapmaq üçün universitetin məlumat bölməsinə girmək lazım idi. Məlumat bölməsinə icazəsiz daxil olduğu üçün cəzalandırılan gələcək milyarder təhsilini yarımçıq qoyaraq Harvard universitetini tərk edib. Bundan sonra Harvard tələbələrini internet üzərindən görüşdürmək üçün ikinci saytı olan“Facebook”uyaradıb. 2011-ci ildə “Facebook” dünyanın ən dəyərli 500 markası arasında 281-ci olub. 2010-cu ildə “Time” jurnalı Mark Zukerberqi ilin adamı seçib.

 

 

BƏHRAM MANSUROV

(1911-1985)

 

2. Bu gün Azərbaycan xalq artisti, tarzən Bəhram Məşədi Süleyman bəy oğlu Mansurovun anım günüdür. O, 1911-ci il fevralın 12-də İçərişəhərdə musiqiçi ailəsində anadan olub. İlk təhsilini mədrəsədə, sonra rus-tatar məktəbində alıb, oxuduğu son təhsil ocağı isə Pedaqoji Texnikum olub. Tar çalmaq sənətini atasından və əmisi Mansur Mansurovdan öyrənib. 1929-cu ildən Azərbaycan Dövlət Şərq Orkestrində, sonralar Azərbaycan Televiziya və Radiosunun Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərib və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1932-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri kimi uzun illər muğam operalarını tarda müşayiət edib. Onun ifasında “Çahargah” və “Rast” muğamları nota salınıb. 1941-ci ildən Azərbaycan Dövlət Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərib, bir çox tarzənlərin ustadı olub. Bəhram Mansurov 1985-ci ilin mayında Bakıda dünyasını dəyişib. Xalq artisti Eldar Mansurovun, tarzən Elxan Mansurovun və kinooperator Aydın Mansurovun atasıdır.

 

 

ŞAMİL ƏZİZBƏYOV

(1906-1976)

 

3. Bu gün eyni zamanda Azərbaycanın əməkdar elm xadimi, geologiya-mineralogiya elmləri doktoru, akademik Şamil Əzizbəyovun xatirə günüdür. O, 1906-cı il fevralın 14-də Aşqabadda dünyaya gəlib. 1930-cu ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-geoloq ixtisası üzrə bitirib. Zaqafqaziya geoloji trestində və nadir metal kəşfiyyatı partiyalarında, 1932-ci ildən isə Azərbaycan Sənaye İnstitutunun petroqrafiya kafedrasında işləyib. 1938-1941-ci illərdə Azərbaycan EA Geologiya İnstitutunda petroqrafiya şöbəsinə rəhbərlik edib və İnstitutun direktor müavini vəzifəsində çalışıb. SSRİ EA-nın Azərbaycan filialının Rəyasət Heyətinin sədr müavini, Azərbaycan KP MK-nın neft üzrə katibinin müavini olub. 1945-ci ildə Azərbaycan EA-nın təşkil edənlərdən biri olub, Akademiyanın həqiqi üzvü və vitse-prezidenti seçilib. 500-dən çox elmi əsərin, o cümlədən 8 monoqrafiyanın müəllifidir, bir sıra orden və medallarla təltif edilib. Şamil Əzizbəyov 1976-cı ilin mayında dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub.

 

 

QASIM RZAYEV

(1970-1992)

 

4. Bu gün Azərbaycanın Milli Qəhrəmanı Qasım Qara oğlu Rzayevin anım günüdür. O, 5 may1970-ci ildəTovuz rayonununƏlibəyli kəndində dünyaya gəlib.1988-1990-cı illərdə Ukraynada artilleriya hissəsində hərbi xidmətdə olub. Vətənə qayıtdıqdan sonra könüllü özünümüdafiə batalyonlarından birinə yazılıb. Muncuqlu,Ağdam vəHacallıkəndlərinin müdafiəsində vuruşub. 14 may1992-ci ildə ermənilərin ağır texnikalarla Tovuz rayonunun sərhədyanı bölgələrinə hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olub. Azərbaycan Prezidentinin5 fevral 1993-cü il tarixli fərmanı ilə Qasım Rzayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1738
avatar

Oxşar yazılar