Bu universitetdə koronavirusa qarşı dərmanın klinik sınaqları başladı
12 may 2020 14:45 (UTC +04:00)

Bu universitetdə koronavirusa qarşı dərmanın klinik sınaqları başladı

Tokio Universitetinin tədqiqatçılar qrupu koronavirusa yoluxanların müalicəsi məqsədilə dərmanın kliniki sınaqlarına başlayıb.

Lent.az AMEA-nın saytına istinadən xəbər verir ki,  koronavirusa yoluxanların bir qismində qanın laxtalanması onların vəziyyətinin ağırlaşmasına səbəb olub. Buna görə də sınaqlar zamanı əsasən, qanın laxtalanmasına səbəb olan kəskin pankreatit və digər xəstəliklərin müalicəsində tətbiq olunan nafamostat mezilatdan istifadə edilir. Bu dərman “Futhan” markası ilə satılır.

Hazırda kliniki sınaqların Tokio Universiteti xəstəxanasında və digər beş səhiyyə müəssisəsində koronavirus sətəlcəminə yoluxmuş 160 xəstə üzərində aparıldığı bildirilir.

Həmin xəstələr şərti olaraq iki qrupa bölünüb. Bu qruplardan birində olanlar qrip əleyhinə “Avigan” dərmanı ilə yanaşı, “Futhan” da qəbul edirlər. Digər qrupda olanlara isə yalnız ”Avigan” verilir.

Tədqiqatçılar “Futhan” dərmanının koronavirus yoluxması zamanı səmərəli və təhlükəsiz olduğunu dəqiqləşdirməyə çalışırlar. İlkin nəticələrə görə, onun koronavirusa qarşı səmərəli olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2334
avatar

Aygün İbrahimli

Oxşar yazılar