Birinci sinfə elektron qaydada qəbul edilən uşaqların sayı AÇIQLANDI
07 may 2020 17:18 (UTC +04:00)

Birinci sinfə elektron qaydada qəbul edilən uşaqların sayı AÇIQLANDI

“Uşaqların birinci sinfə qəbulu son illərdə tam elektronlaşdırılmış formada həyata keçirilirdi”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Təhsil naziri deyib ki, bu il 122 minə yaxın nəfərin elektron qaydada qəbulu həyata keçirilib: “Növbəti aylar ərzində şagirdlərin əlavə elektron formada müraciətini gözləyirik. Həlli açıq məsələlərə gəlincə, digər tədris dillərində, əsasən rus dilində birinci sinfə qəbul üçün 9 621 şagird sorğu ilə müraciət edib. Onların müsabiqəsinə mayın 20-də qeydiyyat başlanacaq, iyunda müsabiqənin onlayn, yaxud üzbəüz keçirilməsi valideynlərin seçimi əsasında olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2352
avatar

Oxşar yazılar