Başqa dildə edilən dualar - DİN XADİMİNDƏN AÇIQLAMA
08 may 2020 13:27 (UTC +04:00)

Başqa dildə edilən dualar - DİN XADİMİNDƏN AÇIQLAMA

Ramazan ayı bol-bol dua edilən aylardandır. Yaradana yönəlmək, edilən duanın faydasını görmək üçün xüsusi qaydalara əməl olunmalıdırmı?

Din xadimi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri Hacı Şahin Həsənli Lent.az-a bildirib ki, kitablarda yazılan xüsusi dualar var. Hansiki həmin dualar bizə məsumlardan rəvayət olunub:

“Peyğəmbər və əhli-beytdən, digər məsumlardan olan dualar var ki, onları oxumaqla, həm də dua eləməyin qaydalarını öyrənmiş oluruq. Eyni zamanda, dua dedikdə insanın öz ürəyindəki sözlərini dilə gətirməsi nəzərdə tutulur. İnsan öz doğma dilində Allahın dərgahına yönəlib ürəyindən keçənləri dilinə gətirə bilər. Duanın mahiyyəti Allaha səslənməkdir. Ona görə də ərəb dilində duanın mənasını başa düşmədən oxumaq insana fayda verməz. Mən hər zaman insanlara tövsiyə edirəm ki, ərəb dilində olan duaları tərcümə ilə oxusunlar. Hətta ərəb dilində üzündən oxuya bilənlər də tərcümə ilə oxusunlar. Çünki insan nə dediyini anlamırsa, duadan faydalana bilməz. Dua edilən zaman insan öz bildiyi kimi, doğma dilində ürəyindəki istəkləri dilinə gətirə bilər. Bu, dua hesab olunur. Dua Allahı çağırmaqdır. Ona görə də hər insan başa düşdüyü dildə Allahına səslənə bilər”.   

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3024
avatar

Aygün İbrahimli

Oxşar yazılar